Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Gündüz İdris Oğlu
  • Doğum Tarixi: 28.09.1969
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əliyev Gündüz İdris oğlu 28 sentyabr 1969-cu il tarixdə Göygöl rayonunda anadan olmuşdur. Sonra Gündüzün ailəsi Göyçə mahalının Zod kəndinə köçmüş və 1988-ci il tarixdə isə məlum hadisələr zamanı Gəncəyə qayıtmışlar. O, 1987-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və Kiyev şəhərində qulluq etmişdir. Gündüz Əliyev hərbidən qayıtdıqdan sonra 1992-ci ildə ailə həyatı qurmuş, onun bir oğlan övladı dünyaya gəlmişdir. O, 22 iyul 1993-cü il tarixdə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılmış, 701 saylı hərbi hissənin tərkibində sıravi atıcı vəzifəsində vuruşmuşdur. Cəbhədə böyük fədakarlıqla vuruşan Gündüz tez bir zamandə zabit-əsgər heyətinin böyük hörmətini qazanmışdır. Gündüz Əliyev bir neçə qızğın döyüşlərdə erməni silahlı qüvvələrinə ciddi zərbələr endirmişdir. Əliyev Gündüz İdris oğlu 10 fevral 1994-cü il tarixdə Kəlbəcər uğrunda gedən qızğın döyüşlərin birində düşmən gülləsinə tuş gələrək həlak olmuş və Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Əliyev Gündüz İdris oğlunun ölümündən sonra onun ikinci oğlu dünyaya gəlmiş və atasının adını yaşatmaq məqsədilə  uşağın adını Gündüz qoymuşlar.
Əliyev Gündüz İdris Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş