Əliyev Nəsrəddin İslam oğlu 19 fevral 1961-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuş, 1978-ci ildə Çaparlı kənd orta məktəbini bitirmişdir. Nəsrəddin Əliyev orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarına çağırılmış, Padolski vilayətində 2 illik hərbi xidməti başa vurduqdan sonra işi ilə əlaqədar olaraq Gəncə şəhərinə köçmüşdür. Nəsrəddin Əliyev Gəncə şəhəri SU-31 nömrəli tikinti idarəsində 1-ci dərəcəli dülgər işləmiş, sonra isə əmək fəaliyətini Dəllər Beton-zavodda davam etdirmişdir. O, 1986-ci ildə ailə qurmuş, iki övladı dünyaya gəlmişdir. Erməni təcavüzkarları tərəfindən Azərbaycanın başı üzərini qara buludlar alanda Nəsrəddin Əliyev Nizami Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılmış, bir neçə kəndin müdafiəsi uğrunda böyük qəhrəmanlıq göstərmişdir. Əliyev Nəsrəddin İslam oğlu sonuncu dəfə Ağdarə kəndi uğrunda gedən qızğın döyüşlərdə iştirak etmiş, 1 may 1994-cü ildə qəhrəmancasına həlak olmuş və 2 may 1994-cü ildə Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Əliyev Nəsrəddin İslam Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.