Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Fəqan Vəli Oğlu
  • Doğum Tarixi: 01.01.1967
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əliyev Fəqan Vəli oğlu 1 yanvar 1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 20 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 77 saylı texniki-peşə məktəbinə daxil olmuşdur. Fəqan Əliyev 1987-ci ildə Rusiya Federasiyasından hərbi xidmətdən qayıtdıqdan sonra Qənnadı fabrikində, sonra isə Çini qablar zavodunda işləmişdir. O, 19 may 1992-ci il tarixlə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Ağdərə uğrunda gedən döyüşlərdə uğurla iştirak edərək düşmən texnikasına böyük zərbələr vurmuşdur. Fəqan Əliyev əvvəlcə Gəncə taborunda vuruşmuş, Drambon, Çıldıran, Umudlu, Sırxavənd, Vəng kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il noyabr ayının 12-də Fəqan Əliyev Vəng kəndindəki döyüş yoldaşlarına ərzaq apararkən Qozlu körpüsünün yanındakı meşə zolağında pusquya düşmüş, düşmənə xeyli tələfat verdikdən sonra döyüş dostları ilə birlikdə şəhidlik zirvəsinə ucalmışdır. Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Əliyev Fəqan Vəli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş