Əliyev Vaqif Vahid oğlu 3 avqust 1978-ci ildə Tərtər rayonunda anadan olmuşdur. Fəhlə ailəsində böyüyən Vaqif Əliyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək arzusu ilə yaşamış, düşmənə nifrət hissi ilə böyümüşdür. O, 25 saylı orta məktəbin birinci sinfinə getmiş, həmin məktəbin 4-cü sinfini bitirdikdən sonra təhsilini 12 saylı orta məktəbdə davam etdirsə də təhsilini tam başa vurmamışdır. Belə ki, 15 yaşında, yəni 1993-cü ilin yazında televiziya vasitəsilə yayımlanan Xocalı soyqırımına baxdıqdan sonra erməni faşistlərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərə dözə bilməyib evdən gizli olaraq gedib 709 saylı hərbi hissənin tərkibinə yazılmış, Ağdam, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vaqif Əliyevin yaşı az olsa da komandirlərin verdiyi əməliyyat tapşırıqlarını həvəslə və layiqincə yerinə yetirmiş, gizli qurulmuş düşmən postlarının yerlərini müəyyən edib komandirinə məruzə etmişdir. Vaqif Əliyev hərbi hissəyə çatan gündən təxminən bir-iki gün sonra valideynlərinə xəbər verərək könüllü cəbhəyə yollandığını bildirmişdir. Vaqif Əliyev 12 iyul 1993-cü il tarixdə Ağdam rayonunun Şelli kəndinin müdafiəsi uğrunda gedən qızğın döyüşlərin birində həlak olmuş və Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn edilmişdir. Şəhidin ruhuna hörmət əlaməti olaraq oxuduğu Gəncə şəhəri 12 saylı orta məktəb onun adını daşıyır. Əliyev Vaqif Vahid oğlu Gəncənin yeganə olaraq ilk azyaşlı şəhidi hesab olunur.
Əliyev Vaqif Vahid Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.