Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev İlham Müzəffər Oğlu
  • Doğum Tarixi: XX.XX.1962
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İlham Əliyev 1962-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1978-ci ildə orta məktəbi bitirmiş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1983-cü ilin iyun ayında milis orqanlarına işə qəbul olunmuş, İsmayıllı və Gədəbəy rayon Daxili İşlər Şöbələrinin nəzdindəki mühafizə bölmələrində milis nəfəri işləmişdir.

1987-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Bryansk şəhərindəki xüsusi orta milis məktəbini bitirmişdir. 1987-ci ildə Gədəbəy rayon DİŞ-də sahə müvəkkili vəzifəsində, 1989-1990-cı illərdə Gəncə rayon DİŞ-də sahə müvəkkili, sonra isə cinayət axtarışı bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışmışdır.

Çernobıl qəzası baş verəndə İlham adamları təhlükəsiz yerlərə aparmaq, onlara kömək məqsədilə Çernobıla yollandı. Göstərdiyi igidlik nəticəsində SSRİ Daxili İşlər Nazirliyinin təşəkkürü və «Milis əlaçısı» döş nişanı ilə İlham Əliyev vətənə qayıtdı.
1990-cı il aprel ayının 22-də Gədəbəydə İlham bəylə Rəna xanımın toyları oldu. Bu gün İlham Əliyev heç özü də bilmirdi ki, cəmi 4 aydan sonra ömrünün sonu çatacaq.

İlham Əliyev 19 avqust 1990-cı ildə Qazax rayonunun Ermənistanla həmsərhəd Aşağı Əskipara kəndinə köməyə göndərilmiş, erməni yaraqlıları ilə gedən döyüşdə silahdaşları ilə qəhrəmanlıqla vuruşaraq düşməni ağır itkiyə məruz qoymuş, həmin döyüşdə yaralanaraq həlak olmuşdur. İndi onun ailəsində sağlığında varlığından xəbəri olmayan oğlu İlham böyüyür.
Leytenant İlham Əliyev ölümündən sonra «Qırmızı Ulduz» ordeninə layiq görülmüşdü. Gədəbəydə büstü qoyulub, oxuduğu orta məktəbə onun adı verilibdir.
 
Əliyev İlham Müzəffər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş