Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Ələkbərov Rövşən Faiq Oğlu
  • Doğum Tarixi: 19.09.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Ələkbərov Rövşən Faiq oğlu 1973-cü il sentyabrın 19-da  Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rövşən 1 saylı orta məktəbi bitirmişdir. 1989-cu ildə Gəncə Rəssamlıq  Məktəbini əla qiymətlərlə bitirmişdir.  Gözəl rəssam idi.  1993-cü ildə Gəncə Sənaye Pedaqoji Texnikumunun «Sənaye avadanlıqlarının quraşdırılması və texnologiyası» fakültəsini bitirmişdir. 

Rövşən Ələkbərov 1994-cü il yanvarın 18-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən əsgərliyə çağırılmışdır. 1994-cü il martın 30-a kimi Yüzdək qəsəbəsində 781 saylı hərbi hissədə təlim keçdikdən sonra 161 saylı hərbi hissənin tərkibində Ağdam rayonunun bir neçə kəndi uğrunda döyüşlərdə iştirak etmişdi. Tankçı idi. 

Rövşən Ələkbərov  xidməti uğurlarına görə hərbi hissə komandirləri tərəfindən qiymətli mükafata və fəxri fərmana layiq görülmüşdür.
Rövşən Ələkbərov 1994-cü ilin aprelin 27-də Baş Qərvənd kəndində mühüm strateji obyekti mühafizə edərkən döyüşçülərin bir hissəsi qəfil hücumdan yayına bilmiş, Rövşən Ələkbərov isə beş nəfər tankçı ilə son ana kimi vuruşmuşdur. Elə orada da itkin düşmüşdü.
Rövşən Ələkbərovun ailəsinə verilən məlumata görə 1994-cü il aprelin 27-dən etibarən 15-20 gün Baş Qərvənddə olmuş, sonra Əsgərana göndərilmiş, bir neçə gün Şuşa sanatoriyasında qalmışdır.

Rövşən Ələkbərovun ailəsi oğlunun əsir düşməsi xəbərinə əmin olaraq aşağıdakı beynəlxalq orqanlara dəfələrlə müraciət etsələr də, onların müraciəti cavabsız qalmışdır.
  1. BMT-nin baş katibi cənab Kofi Annana
  2. BMT-nin İnsan Hüquqları Komitəsinin Baş katibi xanım Meri Robinsona
  3. ATƏT-in Minsk qrupunun həmsədri Filip de Surmenə (Fransa).
  4. BQXK-nın prezidenti cənab Yakob Kelenberqerə.
  5. Helsinki Vətəndaş Assambleyasının prezidentinə
  6. Beynəlxalq Amnistiya cəmiyyətinin baş katibi cənab Pyer Seinə.
  7. Avropa Şurası Parlament Assambleyasının prezidenti cənab Piter Şiderə.
  8. Avropa Şurası Nazirlər Komitəsinin sədri cənab Anqanas Valionisə.
  9. Bakı Şəhər İtkinlər Komitəsinə
Ələkbərov Rövşən Faiq Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş