Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əhmədov Faiq Binnət Oğlu
  • Doğum Tarixi: 31.05.1968
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əhmədov Faiq Binnət oğlu 1968-ci il mayın 31-də Gəncə şəhərində anadan olmuşdur. Faiq Əhmədov Mikayıl Müşfiq adına orta məktəbdə təhsil almışdır. 1988-ci ildə hərbi xidməti başa vurduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdur.

Faiq Əhmədov 1989-cu ildə Gəncənin könüllü müdafiə dəstəsinə qoşulmuşdur. Çaykənddən başlayaraq Ağdərəyədək döyüş yolu keçmişdir. Faiq Əhmədov hücum zamanı hər an öndə olardı. Onun göstərdiyi böyük xidmət zabit heyəti tərəfindən rəğbətlə qarşılanırdı. Əsgər yoldaşları arasında böyük hörməti olan Əhmədov erməni təcavüzkarlarına qarşı bir neçə dəfə xüsusi hərbi əməliyyatlar keçirib. 1992-ci ilin may ayında Marquşevan yaxınlığında döyüş yoldaşları ilə birlikdə mühasirəyə düşsələrdə təslim olmamış, son nəfəsə kimi vuruşmuşlar. Faiq Əhmədov dəstə ilə birlikdə əsir alınmışdı. 1992-ci il mayın 28-də Faiq Əhmədovun meyiti ermənilərdən dəyişmə yolu ilə geri alınmışdı. Əhmədov Faiq Binnət oğlu 1992-ci il mayın 29-da Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Əhmədov Faiq Binnət Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş