Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əhmədov Niyazi Yasin Oğlu
  • Doğum Tarixi: 01.02.1969
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əhmədov Niyazi Yasin oğlu 1969-cu il fevralın 1-də Gəncə şəhərində dünyaya gəlmişdir. N.Rəfibəyli adına 43 saylı orta məktəbin 8-ci sinfini 1984-cü ildə bitirdikdən sonra  38 saylı texniki-peşə təhsilli məktəbdə avtomobil çilingəri peşəsinə yiyələnmişdi. Niyazi Əhmədov 1987-1989-cu illərdə Yakutiyada Sovet ordusu sıralarında xidmət etmişdir.

Niyazi Əhmədov hərbi xidmətdən qayıtdıqdan sonra 1989-cu ildə ailə həyatı qurmuşdur. 2 övladı var: Tural və Türkan. Niyazi Əhmədov 1992-ci il martın 13-də torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda könüllü olaraq cəbhəyə yollanmışdı. Beyləqan rayonu 706 saylı hərbi hissədə xidmət etmişdi. Xidmət etdiyi müddət ərzində şəxsi heyət arasında böyük hörmət qazanmışdır. Komandanlığın əmr və tapşırıq-larını vaxtlı-vaxtında, layiqincə yerinə yetirirdidi. Göstərdiyi layiqli hərbi xidmətə görə Niyazi Əhmədov hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Niyazi Yasin oğlu Əhmədov 1994-cü il aprelin 21-də Horadiz qəsəbəsi yaxınlığında gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Əhmədov Niyazi Yasin Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş