Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əhmədov Rübail Qəşəm Oğlu
  • Doğum Tarixi: 18.09.1975
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rübail Əhmədov 1975-ci il sentyabrın 18-də anadan olmuşdur.  Nigar Rəfibəyli adına 43 saylı orta məktəbdə oxumuşdu. Orta məktəbi əla qiymətlərlə bitirən Rübail tarix fənni üzrə keçirilən olimpiadaların dəfələrlə qalibi olmuşdur. Həmçinin idmanın güləş növü ilə də məşğul olmuşdur. Dəfələrlə qiymətli hədiyyələr və fəxri fərmanlara layiq görülmüşdü. SSRİ məkanında keçirilən güləş üzrə yarışların  qalibi olmuşdur. Sürücülük peşəsinə yiyələnən Rübailin dost-tanışları arasında böyük hörməti vardı.

Rübail Əhmədov 1993-cü il sentyabrın 15-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 172 saylı hərbi hissədə motoatıcı diviziyada snayperçi olmuşdur. Füzuli və Murovda gedən qanlı döyüşlərdə iştirak etmişdi. Onun hərbi uğurları hərbi komandiri tərəfindən layiqli qiymətləndirilmişdir. Döyüş dostlarının rəğbətini qazanmışdı. Erməni nankoplarına qarşı hazırlanan bir neçə hərbi əməliyyatların iştirakçısı olmuşdur. Rübail Qəşəm oğlu Əhmədov 1994-cü il fevral ayının 18-də itkin düşmüşdür.
Əhmədov Rübail Qəşəm Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş