Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Arazov Ənvər Talış Oğlu
  • Doğum Tarixi: XX.XX.1953
  • Şəhər: Gəncə
  • Rütbə: Polkovnik
  • Dövr: I Qarabağ Müharibəsi
Ənvər Talış oğlu Arazov 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə Politexnik İnstitutunu bitirmişdir. Murmansk vilayətinin Severomorsk şəhərində hərbi dəniz donanmasında xidmət etmişdir. Ordudan qayıdanda «Büllur» zavodunda fəhlə, nizamlayıcı, sonralar isə növbə ustası vəzifəsində işləmişdir.

Ənvər Arazov xalq hərəkatının öncüllərindən biri idi. Etiraz mitinqlərində, özünümüdafiə dəstələrinin yaradılmasında həmişə başda olurdu. 1990-cı il 20 yanvar faciəsi zamanı Gəncəyə rus qoşununun gəlməsinin qarşısının alınmasında çox fəal iştirak etmiş, sonra da silaha sarılaraq könüllü surətdə döyüşə getmiş, alay komandiri kimi çox yerdə vuruşmuşdur.

Cəsarət və igidliyi ilə fərqlənən Ənvər Arazov 1992-ci il oktyabrın 2-də briqada komandirinin müavini təyin edilmişdir. Göstərdiyi hərbi şücaətə görə Ənvər Talış oğlu Arazova polkovnik rütbəsi verilmişdir.

Ənvər Talış oğlu Arazov 1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə noyabr ayının 6-da Milli Qəhrəman adına layiq görülmüşdür. Cəsur döyüşçünün Azər və Samirə adlı 2 övladı var.
Arazov Ənvər Talış Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş