Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Dünyamaliyev Rəhman Sayad Oğlu
  • Doğum Tarixi: 20.10.1964
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Dünyamalıyev Rəhman Sayad oğlu 1964-cü il oktyabrın 20-də Gəncə şəhərində anadan olmuşdur. Gəncədəki 42 saylı orta məktəbi bitirmişdi. 1982-1984-cü illərdə Sverdlovsk vilayətində hərbi xidmətdə olmuşdur. Dəmiryol fəhlə təchizatı şöbəsində işləmişdi.

1991-ci il dekabrın 21-də Rəhman Dünyamalıyev Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Gənc əsgər Dünyamalıyev ilk günlərdə Əsgəran rayonunda vuruşmuşdu. Döyüşlərdə hər an öndə gedən Dünyamalıyev komandirləri və döyüşçü yoldaşlarının böyük hörmətini qazanmışdı. Naxçıvanik kəndi uğrunda gedən döyüşlərin birində ağır yaralanan Rəhman 10 gün ermənilərin əlində əsir qalmış və vəhşicəsinə qətlə yetirilmişdir.

1992-ci il fevral ayının 3-də ermənilər tərəfindən qətlə yetirilən   Rəhman Sayad oğlu Dünyamalıyev Gəncənin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Rəhmanın 40-ı çıxan günü oğul dərdinə dözə bilməyən atası Sayad Dünyamalıyev də vəfat etmişdi. Ailəli idi, 1 oğlu var.
Dünyamaliyev Rəhman Sayad Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş