Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Allahverdiyev Elbrus Hacı Oğlu
  • Doğum Tarixi: XX.XX.XXXX
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Elbrus Allahverdiyev Gəncədə 18 saylı məktəbi bitirmişdir. Almaniyada hərbi xidmətdə olmuş, 1979-cu ildə Orenburq vilayətində praporşik məktəbini, 1990-cı ildə Orconikidze şəhərində Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.

Ailəli idi. 2 qızı, 1 oğlu var idi. Vətənin üstünü qara buludlar alanda könüllü olaraq cəbhəyə getdi. Elbrus Allahverdiyev milli ordumuzda ilk topçulardan biri olmuşdur. 1992-ci ilin iyun ayında onun təşkil etdiyi batareyanın əsasında ilk artilleriya divizyonu yaradıldı. Həmin divizyon 1992-ci ilin sentyabrında Avdur kəndində düşmənin bir topunu və iri çaplı pulemyotunu, Ağdərədə isə bir reaktiv qurğusunu, xeyli maşın və texnikasını məhv etdi.

Sonralar Çıldıran uğrunda gedən döyüşlərdə leytenant Allahverdiyev kiçik bir dəstə ilə düşmən arxasına keçərək onun çoxlu texnikasını  sıradan çıxardı.

Leytenant Elbrus Hacı oğlu Allahverdiyev 1993-cü il iyun ayının 16-da gedən ağır döyüşlərin birində şəhid oldu. 1994-cü il sentyabr ayının 16-da ona Milli Qəhrəman adının verilməsi barədə fərman imzalandı.
Allahverdiyev Elbrus Hacı Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş