Şamilov Fərid Mirzə oğlu 4 may 1999-cu ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Hələ uşaqkən yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi və hər bir işdə fəal, dürüst , qoçaq oğlan idi. Uşaqlıqdan Vətəninə , torpağına bağlı idi. 2005-2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alıb. Bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. Fərid hər zaman deyirdi ki, ana gedib Şuşanı alacam , sənidə aparacam. 2017-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb və Füzuli Haramı düzündə N saylı hərbi hissədə ön xətdə xidmətə başlayıb. 2019-cu ilin yanvar ayında hərbi xidmətdən qayıdıb.Səba şirkətlər qrupunda Mühafizə qrupunda xidmətə başlayıb. Səfərbərlik elan olunanda o Vətən dardadır deyib ərizəsi ilə işdən azad olub. Qusar rayonunda təlimlər keçəndən sonra sentyabrın 27-sində cəbhə bölgəsinə yollanır. Füzuli istiqamətində gedən döyüşlərdə sücayətlə döyüşür. Cəbrayıl, Zəngilan ,Xocavənd ,Şuşa , Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək Vətənə layiq xidmət edib. Son zənglərin birində deyib anama deyin ki, mən onu çox istəyirəm. 2020-ci il sentyabrın 9-na keçən gecə Fəridin son döyüşü Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsində son döyüşü olub və şəhidlik zirvəsinə ucalmışdır.
Şamilov Fərid Mirzə oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra) ordeni, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur.
ŞAMİLOV FƏRİD MİRZƏ OĞLU haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.