Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Cəlilov Cəfər Əziz Oğlu
  • Doğum Tarixi: 20.01.1959
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Cəfər Cəlilov 1959-cu il yanvarın 20-də Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 42 saylı orta məktəbdə almışdır. Cəfər 1976-cı ildə Texnologiya institutunun qiyabi şöbəsinə daxil olmuşdur. 1977-1979-cu illərdə Rusiyada həqiqi hərbi xidmətdə olmuşdur. Baş leytenant kimi xidmət edən Cəlilov yüksək döyüş qabiliyyətinə malik idi. Savadlı zabit kimi hərbi hissənin fəxri idi. Cəfər Cəlilov hərbi xidmətdən qayıtdıqdan sonra Texnologiya İnstitutunda  təhsilini davam etdirmişdir. İlk əmək fəaliyyətinə 1983-cü ildə Gəncə Gil-torpaq kombinatında başlamışdır. Mühəndis vəzifəsində çalışan Cəfər zavodun ictimai işlərində böyük fəallıq göstərmiş və 1987-ci ildə ailə həyatı qurmuşdur.

Cəfər Cəlilov 1993-cü il avqustun 30-da Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. Baş leytenant  Cəlilov 190 saylı hərbi hissənin tərkibində Ağdamın Güllücə, Papravənd kəndləri uğrunda gedən döyüşlərdə unudulmaz igidliklər göstərmişdi.

Cəfər Əziz oğlu Cəlilov 1994-cü il yanvarın 7-də Ağdam rayonunda gedən qanlı döyüşdə şəhid olmuş, yanvarın 10-da Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Şəhidin ruhuna hörmət əlaməti olaraq Gəncə şəhəri Sədi küçəsi 39 ünvanında xatirə bulağı çəkilmişdir. 1 oğul, 1 qız atası idi.
Cəlilov Cəfər Əziz Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş