Əsədov Cəfər Əsgər oğlu 12 iyul 1963-cü ildə Ermənistanın Vedi rayonunun Yuxarı Axtala kəndində kəndində anadan olub. Həmin kəndin orta məktəbini bitirib, hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1987-ci ildə Gəncə şəhərinə gəlib orda yaşayır və beton zavodunda işləməyə başlayır. Daha sonra Vətənin dar günündə könüllü olaraq müharibəyə gedir. 2 il müharibədə döyüşən zaman yaralanıb gəlir, bir müddətdən sonra 1992-ci ildə isə ailə həyatı qurur. 1993-cü ildə Vətənin dar günündə döyüşlərdə iştirak edir. 1993-cü ilin avqust ayının 18-də Ağdamda gedən döyüşdə şəhid olmuşdur. Sovetlər İttifaqının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin qorunması uğrunda erməni düşmənlərinə qarşı rəşadətlə vuruşmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə şəxsi igidlik nümunələri göstərmişdir. Onun kəşfiyyat dəstəsi düşmənin silah-sursat anbarlarını, strateji obyektlərini və sığınacaqlarını aşkarlayaraq məhv etmişdir. 18 avqust 1993-cü ildə şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Evli idi. Yadigar olaraq Nişanə adlı 1 qızı qalıb.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.