Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Novruzov Rahib Vəli oğlu
  • Doğum Tarixi: 29.06.1970
  • Şəhər: Gəncə
  • Rütbə: Gizir
  • Dövr: I Qarabağ Müharibəsi
Novruzov Rahib Vəli oğlu 29 iyun 1970-ci ildə Ağstafa rayon Köçəsgər kəndində anadan olub. 1978-ci ildə 1-ci sinifə daxil olub. 1987-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib. Həmin ili yəni 1987-ci ildə Gəncə Politexnik texnikomuna daxil olub.
1988-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş. 1989-cu ildə Sinverapol şəhərində rabitəçi ixtisasına yiyələnmişdir. 1990-cı ildə hərbi məktəbi bitirib və həmin il göndərişlə Gəncə şəhər aerodromuna hərbi qulluğa gəlib.
1992-ci ildə Ağstafa rayon Poylu kəndində yaranan Qrad qurğuları divizyonunda Rabitə rəisi təyin olunub. Bundan sonra gizir Novruzov Gədəbəy rayonunun baş kəndinin alınmasında iştirak edib. Gizir Novruzov Şəmkir rayonunda yaranan "N" saylı Hərbi hissənin desant hücum briqadasının 3-cü taboruna Rabitə rəisi kimi dəvət almışdır. Həmin briqada ilə birgə gizir Novruzov Kəlbəcər, Ağdam və Murov istiqamətində gedən döyüşlərdə ermənilərə qarşı mərdliklə vuruşmuşdur. Gizir Novruzov rabitə rəisi olmasına baxmayaraq çox döyüşlərdə iştirak edib.
Son döyüşü 1994-cü ilin yanvar ayında Ağdərə uğrunda gedən şiddətli döyüşlər zamanı Rahib Novruzovda başqa komandir yoldaşları kimi əsgərləri ilə ön cərgədə döyüşə girdi. Nə qədər vuruşub döyüşdükləri məlum deyil. Düşmənin tanklarının yağdırdığı mərmilərdən biri lap yaxınlıqda partlayana qədər Erməni quldurlarıa qan uddurdu. Həmin mərmilərdən döyüş yoldaşları ağır yaralandı. Rahib isə ürəyində vətən sevgisi qəlbində el-oba ailə həsrəti əbədiyyətə qovuşdu. Onun cənazəsi hərbiçi yoldaşlarının çiyinlərində doğulduğu Köçəsgər kəndinə gətirildi. Şəhid Novruzov Rahibi el-oba yığışıb sonsuz inam və iftixar hissi ilə son mənzilə yola saldılar.
Novruzov Rahib Vəli oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş