Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Maşıyev Asəf Valodya oğlu
  • Doğum Tarixi: 26.02.1982
  • Şəhər: Gəncə
  • Rütbə: Baş Leytenant
  • Dövr: II Qarabağ Müharibəsi
Maşıyev Asəf Valodya oğlu 26 noyabr 1982-ci il Samux rayonu Füzuli kəndində anadan olmuşdur. 1989-1998-ci həmin kəndin orta məktəbində təhsil almışdır. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi litseydə, 2001-2005-ci illərdə Heydər Əliyev adına hərbi məktəbdə, 2005-2006-cı illərdə isə Bakı təlim-tədris mərkəzində kurs keçmiş, 2006-cı ilin avqust ayından N saylı hərbi hissədə leytenant rütbəsi ilə kəşfiyyatçı kimi xidmətə başlamışdı. 2008-ci ildə baş leytenant rütbəsi verilmişdir. 2009-cu ildə İzraildə pilotsuz aparatların idarə olunması üzrə kurs keçmiş 2009-cu ildən N saylı hərbi hissəyə kəşfiyyat bölüyünə pilotsuz aparatların idarə olunması üzrə operator vəzifəsinə təyin olunub. 
2013-cü ildə Murovdağ istiqamətində N saylı hərbi hissəyə bölük komandiri daha sonra kəşfiyyat rəisinin köməkçisi vəzifəsinə təyin olunub. 
2016-cı illərdə Aprel döyüşlərində iştirak edib.2017-ci ildən 2019-cu illərdə böyük şücaət və qəhrəmanlıqlar göstərdiyi üçün 2019-cu ildə N saylı hərbi hissəyə kəşfiyyat rəisi təyin olunub. 2020-ci il sentyabrın 27-i həmin hərbi hissədən kəşfiyyat rəisi kimi vətən müharibəsinə yollanıb.Sentyabrın 29-u Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Nəşi 72 gün sonra düşmən tərəfindən təhvil alınaraq 10 dekabr 2020-ci ildə Samux rayonu Füzuli kənd qəbiristanlığında dəfn olunub. 
Sağlığında Ordunun yaranması ilə bağlı 90 İllik Yubiley medalı, 95 illik Yubiley medalı, 100 illik Yubiley medalı ilə təltif olunmuşdur. Ölümündən 
sonra "Vətən uğrunda" medalı, "İgidliyinə görə" medalı , "Suqovuşanın azadlığına görə" medalı , 3-cü dərəcəli "Rəşadətə görə" ordeni ilə təltif olunmuşdur.

Ailəlidir. Vətənə 3 övladı əmanətdir. (Fatimə, Əliheydər, Əlihüseyn)
Maşıyev Asəf Valodya oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş