- 13.01.1995
- Gəncə
- Əsgər
- Digər
Məhərrəmov Eldar Ənvər oğlu 1995-ci il yanvar ayının 13-də Gəncə şəhərində anadan olub. 2001-ci ildə Gəncə şəhəri İmaməddin Nəsimi adına 44 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və həmin ilin may ayında 1-ci sinifi bitirib.
2002-ci ilin iyul ayının 2-də Rusiyanın Novosibirsk şəhərinə gedib. 2003-cü il sentyabr ayında Novosibirsk şəhərində 1-ci sinifə qəbul olub. 2013-cü ildə hərbi xidmət vaxtı çatdığı üçün könüllü olaraq Azərbaycan Respublikasına getmişdir.
2013-cü ilin iyul ayının 1-də hərbi xidmətə gedib. Hərbi xidmətini 3 ay Füzuli rayonunun Kürmahmudlu kəndində keçib. Sonra isə Füzuli rayonunun Cocuqmərcanlı kəndində ön cəbhəyə gedib və 2014-cü ilin sentyabr ayının 11-də Cocuqmərcanlı kəndində şəhid olub. Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Subay idi. Evin yeganə oğul övladı olmuşdur.
Ailə tərkibi:
1. Ata-Məhərrəmov Ənvər Bəxtiyar oğlu
2.Ana-Məhərrəmova Nazimə Veysəl qızı
3.Bacı-İsayeva Pəri Ənvər qızı
4.Bacı-Məhərrəmova Sürayyə Ənvər qızı