Ələkbərov Ramal Elnur oğlu 2005-ci il aprel ayının 24-də Gəncə şəhərində anadan olmuşdur. Ramal Ələkbərov orta təhsilini Gəncə şəhəri 7 saylı məktəbində almışdır.
Ramal Ələkbərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu Abdal-Gülablı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmişdir.
Ələkbərov Ramal Elnur oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur.
Ailə tərkibi
Ata: Ələkbərov Elnur Pünhan oğlu
Ana: Ələkbərova Lalə Zahid qızı
Bacı: Ələkbərova Mədinə Elnur qızı
Qardaş: Ələkbərov Pünhan Elnur oğlu
Qardaş: Ələkbərov Ümid Elnur oğlu