Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Məmmədov Elnur İsrəfil
  • Doğum Tarixi: 16.09.1989
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Məmmədov Elnur İsrəfil oğlu 1989-cu il sentyabrın 16-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadn olub 2008-ci ildə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbi bitirib. Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olub, 2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olub. 2012-ci ilin iyul ayında SHXÇDX-nin Daşkəsən rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində xidmət etmişdir. 2013-cü ildə xidmətini başa vurub Gəncəyə qayıtmışdır. Elnur oxuduğu ixtisası yox, hərbçi olmağı seçib və 2014-cü ildə Daşkəsən rayon N saylı hərbi hissədə MAHHXHQ kimi kəşfiyyatçı vəzifəsində xidmətə başlayıb. Hər zaman işində fəal olub.
Vətən müharibəsi başlayan gündən Murovdağ -Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib.Elə döyüşün ilk günündən yüksək qəhrəmanlıq nümunəsi göstərib.
Müxtəlif mövqelərdə döyüşən Elnur, oktyabrın 1-də Daşkəsən rayon sərhədindən Kəlbəcər rayonuna keçid edib. Komandiri və döyüş yoldaşları ilə birlikdə düşmənin iki postunu dağıdıb. Oktyabrın 2-i səhər saatlarında döyüş zamanı erməni zabitlərinin olduğu UAZ markalı maşının yaxınlaşdığını görən komandiri Elnura başını qaldırmasını deyib.Lakin Elnur UAZ maşınını partladıb, özü isə düşmən gülləsinə tuş gəlib və qarın nahiyyəsindən yaralanıb. Qısa müddət yerdə qaldıqdan sonra özünü toparlayıb və döyüş yoldaşlarına siz geri çəkilin mən gedərəm deyərək düşmənə hücum edib. Düşmən snayperi onu izləyirmiş, bu dəfə baş nahiyəsindən vurub , Elnur şəhid olub. Komandiri onun nəşini çıxara bilmədiyi üçün iki qayanın arasında gizlədib ki, düşmən əlinə keçməsin. Elnurun nəşi 49 gün neytralda qalıb 50-ci günə keçən gecə komandiri və döyüş yoldaşları onun nəşini gizlətdikləri yerdən götürərək ailəsinə təhvil veriblər. Elnur noyabrın 23-də böyük izdihamla Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib. 
  Məmmədov Elnur İsrəfil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur. 
Evli idi. Vətənə əmanət Sevgi və Sevim adlı ekiz qız övladları qalıb. 
Məmmədov Elnur İsrəfil haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş