Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Namazov Elməddin Nəsib
  • Doğum Tarixi: 07.05.1996
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Elməddin Namazov 7 may 1996-cı ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. Əslən Göyçə mahalının Pəmbək kəndindəndir. 2001-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbə getmiş, 2012-ci ildə həmin məktəbi bitirmişdir. Ailədə iki bacı, bir qardaş olublar.
Elməddin ağır xasiyyətli, böyüklərin hörmətini saxlayan, vətənə bağlı insan olub.
2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında "N" saylı hərbi hissədə kəşfiyyat taborunda atıcı kimi xidmət keçib.
2020-ci il sentyabrın 20-də ordu sıralarına təkrar təlimlərə cəlb olunub. Torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, iki dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmiş və Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabrda Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmişdir.
Namazov Elməddin Nəsib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur. 


Ailə tərkibi
Ata: Namazov Nəsib Kamil
Ana: Namazova Fazilə İbrahim
Bacı: Namazova Xatın Nəsib
Bacı: Namazova Təhminə Nəsib




Namazov Elməddin Nəsib haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş