Həsənov Kərəm Akif oğlu 01 yanvar 1996-cı il Gəncə şəhərində anadan olmuşdur. 2002-ci ildə 39 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə orta məktəbi bitirmişdir. Orta məktəbdə hərbidə fəallıq göstermişdir. Şahinlər qrupuna üzv olub. O, həmçinin Kinboksinq üzrə idman yarışlarında 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülmüşdür. 2013-cü ildə Ali Hərbi məktəbə daxil olub. 2017-ci ildə Hərbi Akademiyanı tank bölmə, hissə və bir zabit olaraq xidmət etmişdir. Tank komandiri olmuşdur. 26.06.2020-ci il "100 illik" Yubiley medalı almışdır. 2022-ci ildə Qərargah rəisi olmuşdur. Suqovuşan, Ağdamda da döyüşmüşdür. Suqovuşanda döyüşən zaman iki dəfə tankı vurulmuşdur və qəlpə yarası almışdır. Lakin buna baxmayaraq döyüşə davam etmişdir. 18 dekabr 2020-ci il tarixdə "Döyüşdə fərqlənməyə görə" medal ilə təltif olunmuşdur. 21 aprel 2022-ci ildə "Komando" təlim kursunu bitirmişdir. Qubadlı rayon Muradxanlı kəndində hərbi xidmətini davam etdirmişdir. 19 sentyabr 2023-cü il Qarabağda keçirilmiş antiterror əməliyyatı nəticəsində sol qolundan yaralanmışdır. 20 sentyabr 2023-cü ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 22 sentyabr 2023-cü ildə Gəncə şəhidlər xiyabanında dəfn olunmuşdur. Həsənov Kərəm Akif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və 07 noyabr 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.