Əliyev Talıb Elman oğlu 2003-cü il dekabr ayının 7-də Gəncə şəhərində anadan olmuşdur. Talıb Əliyev orta təhsilini Gəncə şəhəri 24 saylı orta məktəbdə almışdır.
Talıb Əliyev mərd, cəsur, vətənpərvər insan idi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Talıb Əliyev "Vətən uğrunda” medalı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Subay idi.
Ailə tərkibi:
Ata: Əliyev Elman Talıb oğlu
Ana: Əliyeva Vəfa Fazil qızı