Şəhidlərimiz — II Qarabağ Müharibəsi


İsmayılov Tural Nürəddin
  • Doğum Tarixi: 10.03.1999
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: I Qarabağ Müharibəsi
 İsmayılov Tural Nürəddin oğlu 10 mart 1999-cu ildə Daşkəsən rayonu Zivlən kəndində anadan olmuşdur. 2005-ci ildə ailəsi Gəncə şəhərinə köçdüyünə görə o, 2005-ci ildə Gəncə şəhəri Qırmızıkənd qəsəbəsində yerləşən Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2015-2016-cı tədris ilindı həmin məktəbin 11-ci sinfini bitirmişdir.Məktəbdə oxuduğu müddətdə özünü nizam-intizamlı şagird kimi aparmış, şahmat məktəbində oxumuş Gəncə şəhərində keçirilən yarışlarda dəfələrlə medallara layiq görülmüş və Fəxri fərmanla təltif edilmişdir.
  2017-ci ilin aprel ayının 15-də hərbi xidmətə çağırılmışdır. 2018-ci ilin oktyabr ayının 15-də Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.
  Fəhlə işləmişdir. II Qarabağ müharibəsi başlayarkən könüllü olaraq ordu sıralarına yazılmışdır. 08.11.2020-ci ildə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Müharibədə qumbaraatan vəzifəsində döyüşmüşdür.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şuşanın azad olunması” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur. 
  İsmayılov Tural Nürəddin oğlu 16.11.2020-ci ildə Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunmuşdur.
  Subay idi.
İsmayılov Tural Nürəddin haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş