Həsənov Əli Hidat oğlu 05 iyun 1963-cü ildə Gədəbəy rayonu Arıqıran kəndində anadan olub.1980-ci ildə Gədəbəy rayonu Arıqıran kənd orta məktəbini bitirib.1981-ci ildə Gədəbəy rayon hərbi komissarlığı tərəfindən keçmiş Sovet ittifaqının ordu sıralarına hərbi xidmətə göndərilmiş,1983-cü ildə hərbi xidmətini layiqincə yerinə yetirib doğma kəndə, doğulduğu Gədəbəy rayonu Arıqıran kəndinə qayıtmışdır.1984-cü ildən əmək fəaliyyətinə Gəncə şəhər Alüminium zavodundan başlamışdır.Az bir zamanda kollektivin dərin hörmətini qazanmış,qabaqcıl işçi kimi tanınmışdır.Talelərinə, ömür kitablarına şəhidlik qisməti yazılan Gədəbəy rayonunun mərd,cəsur oğulları kimi siravi Həsənov Əli Hidat oğlu da biganə qalmayıb. 1994-cü ilin mart ayında könüllü olaraq Gəncə şəhər Kəpəz rayon hərbi komissarlığına gedib,oradan döyüş bölgəsində, Tərtər şəhərində yerləşən 703 saylı hərbi hissənin 2-ci motoatıcı taborunda xidmət etməyə başlayır.Lakin çox keçmir ki, 1994-cü ilin noyabr ayının 9-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olur.Oğul dağına dözməyən atası Həsənov Hidat az sonra vəfat etmişdir. Əli Həsənov Gəncə şəhərində yaşayırdı.Ailəli idi.İki övladı yadigar qalmışdır.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.