Şəhidlərimiz — Digər


İsmayılov Ramil İsmayıl
  • Doğum Tarixi: 10.02.1989
  • Şəhər: Gəncə
  • Dövr: Digər
 İsmayılov Ramil 10 fevral 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur.Uşaqlıq illərinin bir hissəsini Moskva şəhərində keçirmiş, 157 nömrəli məktəbdə təhsil almış,daha sonra isə Gəncə şəhərində 18 nömrəli məktəbdə oxuyaraq təhsilini davam etdirmişdir.
  Ramil İsmayılov yaradıcılığa böyük maraq göstərmiş,rəsm və heykəltəraşlıq sahəsində bacarıqları ilə seçilmişdir.O,eyni zamanda idmana marağı olan,Gəncə şəhərində məşq edən peşəkar boksçu olmuşdur.Onun ən böyük arzusu vətəninə, xalqına layiqli övlad olmaq idi.
  2007-ci ilin aprel ayında hərbi xidmətə çağırılmışdır.Xidmət dövründə çox cəsarətli olmuş, tapşırıqları layiqincə yerinə yetirmiş,nümunəvi əsgər kimi hərbi yoldaşlarına daim sadiq olmuşdur.
  Moskva şəhərindən Azərbaycana qayıtdıqda ilk addımı ilə torpağı əyilib götürərək qoxulaması , onun vətən sevgisinin böyüklüyünü göstərirdi.Allaha və vətənə olan bağlılığı ilə seçilən Ramil hər zaman ailəsinə, dostlarına və xalqına sevgi ilə yanaşmışdır.
  2008-ci il martın 9-da, anasının doğum günündə,Füzuli rayonunun Aşağı kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.O,öz həyatını Vətən yolunda qurban verərək əbədi ölümsüzlüyə qovuşmuşdur.
  Şəhid Ramil İsmayılovun əziz xatirəsi hər zaman yaşayacaq , onun Vətənə olan sevgisi və fədakarlığı nəsillərə örnək olacaqdır.
İsmayılov Ramil İsmayıl haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş