Əliyev Natiq Yusif oğlu 1989-cu ildə Gəncə şəhərində anadan olub.Əslən Qərbi Azərbaycanlıdır.1996-cı ildə Gəncə şəhəri 10 nömrəli məktəbin 1-ci sinfinə daxil olub, həmin məktəbi 2007-ci ildə bitirib.2008-ci ildə hərbi xidmətə çağırılmışdır.2012-ci ildən isə "N" saylı hərbi hissədə MAXE kimi Murovdağda xidmətini davam etdirmişdir.2012-ci ildə hərbi xidmətdə kiçik çavuş və həkim yardımçışı olaraq işləmişdir. 2016-ci ildə aprel döyüşlərində iştirak etmişdir. 2018-ci ildə ailə həyatı qurmuşdur.2020-ci ildə bir qız övladı dünyaya gəlmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kiçik çavuşu Natiq Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Laçın və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 44 günlük müharibə bitdikdən sonra yenidən Kəlbəcərdə hərbi qulluqçu kimi fəaliyyət göstərmişdir. 16 noyabr 2021-ci ildə Laçın-Kəlbəcər rayonu istiqamətində antiterror əməliyyatı zamanı yaralı şəhid yoldaşlarını xilas edən zaman yaralanmış və qan axması olmuşdur ,çox qan itirdiyinə görə xilas etmək mümkün olmamış və qəhrəmancasına şəhid olmuşdur. 27 noyabr 2021-ci il Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Əliyev Natiq Yusif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. Ailəli idi, bir qız övladı yadigar qalıb.
Ailə tərkibi: 1.Arvadı-Əliyeva Gülnar Qəzənfər qızı 2.Qızı-Əliyeva Zeynəb Natiq qızı
Əliyev Natiq Yusif oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.