Kərimov Seyfəddin Nəvai oğlu 29.04.1995 ci ildə Gəncə şəhərində anadan olub. Ailəsi milli münaqişə zəminində Ermənistan adlanan Qərbi Azərbaycan əyalətindən,Göyçə mahalından qaçın düşüb.
Seyfəddin Kərimovun 2002 ci ildə Rusiya Federal dövlətin Altay ölkəsinin Barnaul şəhərindəki 37 saylı tam orta məktəbin 1ci sinifə gedib. Seyfəddin Kərimovun idmanın müxtəlif növləri ilə məşğul olur.
Ailəsi 2009 cu ildə Azərbaycana qayıdan Seyfəddin Kərimovun Gəncə şəhər 32 saylı tam orta məktəbdə təhsilini davam etdirib 2013də məzun olub.
Yeni yetmələr arasında yunan roma növu üzrə 3 dəfə respublika birincisi olan Seyfəddin Kərimovun 2013cü ildə zana birincisi olur və yığmaya namizəd olur.
18 yaşlı Seyfəddin Kərimovun əsgər həyatı 2013 dən başlayaraq davam edir. Fizuli rayonu ərazisində Şükürbəyli kəndində yerləşən N saylı h/h əlahiddə kəşfiyyat bölüyündə kəşfiyyatçı əsgər qrantamyotçu kimi xidmət edir.
2014 ci ildə Azərbaycan Respublikası ordu birləşmələri arasında aparılan yarışlarda 76 kq-da mütləq qalib gələn Seyfəddin Kərimovun opdu çempionu oldu.
Müxtəlif məxfi əməliyyatlarda iştirak edən Seyfəddin Kərimovun sonuncu dəfə 07.04.2014-ci ildə verilən tapşırığı yerinə yetirən zaman Cocuqməcanlı yaxınlığında Lələtəpə ətrafında komandirləri kapitan Orucəliyev Ceyhun və gizir Novruz Abdullayev ilə birlikdə həyatın ən ali ucalıq zirvəsini Şəhidlik zirvəsini qazan Şəhid Seyfəddin Kərimovun doğulduğu tarix Azərbaycan şəhərində Gəncə şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb. Heç bir hərbi ləvazimatları ailəsinə təqdim edilməmişdir
Azərbaycan Respublikası prezidentinin 9 noyabr bayraq günü münasibətilə imzaladığı sərəncamla Şəhid Seyfəddin Nəvai oğlu ölümündən sonra igidliyə görə medalı ilə təltif edilib.