Cəfərov Hakim Əhməd oğlu 22 iyun 1961-ci ildə Goranboy rayonunun Quşçular kəndində anadan olmuş, həmin kənddə orta məktəbi bitirdikdən sonra 1979-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, 2 il Sverdlovskdə xidmət etdikdən sonra 1981-ci ildə geri qayıtmışdır. Hakim Cəfərov 1982-ildən Gəncə şəhəri Hava Limanının tərkibində fəaliyyət göstərən hərbi hissədə gizir rütbəsi ilə xidmət etməyə başlamışdır. O, 1984-cü ildə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Tarix fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1989-cu ildə həmin institutu bitirdikdən sonra 38 saylı texniki-peşə məktəbində tarix müəllimi vəzifəsində çalışmışdır. Hakim Cəfərov 10 oktyabr 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən öz istəyi ilə cəbhəyə yollanmış, Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissənin tərkibində döyüşmüşdür. O, döyüş taktikası ilə əsgər yoldaşları arasında seçilmiş, ona tapşırılmış döyüş əməliyyatlarını ləyaqətlə yerinə yetirmişdir. Cəfərov Hakim Əhməd oğlu 15 yanvar 1993-cü ildə ağır döyüşlərin birində yaralanmış, Bakı şəhər hərbi hospitalında müalicə olunsa da 18 yanvar 1993-cü ildə vəfat etmiş, 19 yanvar 1993-cü ildə Dəliməmmədli şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdu. Şəhidin ruhuna hörmət əlaməti olaraq oxuduğu Quşçular kənd on illik orta məktəbi 1995-ci ildən etibarən Hakim Cəfərovun adını daşıyır.
Cəfərov Hakim Əhməd Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.