Yusubov Orxan Allahverdi oğlu 19 yanvar 1992-ci ildə Gəncə şəhərində doğulmuşdur.
1999-2010-cu illərdə
Gəncə şəhər 26 nömrəli Fizika-Riyaziyyat - İnformatika təmayüllü
məktəb –liseydə təhsil almışdır.
2010-cu ildə Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olmuşdur.
2010-cu ildə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər
Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmiş, 2012-ci ildə həqiqi hərbi xidmətini fərqlənmə ilə başa vurmuşdur.
Gəncə şəhərində yerləşən “Bolmart” marketdə administrator vəzifəsində çalışmışdır.
2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. O,
Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan
Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur.
27 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nəşi uzun müddət tapılmadığına görə Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur.
Orxan Yusubovun nəşi 3 iyun 2021-ci ildə tapılaraq, ailəsinə təhvil verilmişdir.
4 iyun 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Yusubov Orxan Allahverdi oğlu
Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" (ölümündən sonra) medalı ilə təltif edilmişdir.