Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Mustafayev Elvin Fəxrəddin Oğlu
  • Doğum Tarixi: 14.03.1992
  • Şəhər: Gəncə
  • Rütbə: Kiçik Çavuş
  • Dövr: II Qarabağ Müharibəsi
Mustafayev Elvin Fəxrəddin oğlu 14 mart 1992-ci ildə Daşkəsən rayonunda doğulmuşdur.
1998-ci ildə Daşkəsən rayonun Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1999-cu il 2-ci sinifdən təhsilini Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, 7-ci sinifdən isə Göygöl rayonunun 8 mart məktəbində davam etdirmişdir. 
Elvin Mustafayev həmçinin cüdo idman növü ilə məşğul olmuşdur.2009-cu ildə cüdo yarışlarında 2-ci yeri tutmuşdur.
2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiq hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2011-ci ilin oktyabr ayının 2-də hərbi xidmətini bitirmişdir.
2011-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif səyyari işlərdə çalışmışdır.(Dalğa mebeldə mühafizə, Dağıstanda, Türkiyədə səyyari işlər)
2012-ci ildə 9-cu sinfi bitirdikdən sonra Astara Pedoqoji Kollecində Bədən tərbiyyəsi və idman müəllimi” ixtisasına daxil olmuşdur.
O, 2014-cü ildə ailə həyatı qurmuş, 3övladı dünyaya gəlmişdir.2 oğul övladı və bir qız övladı.
Elvinin barəsində hər kəs müsbət fikirdə olmuşdur.Onun çox mehriban, qayğıkeş , ailəcanlı biri olduğunu deyirdilər.Elvin hər zaman dilinə gətirdiyi kəlimə o idi ki, mən şəhid olmaq istərdim.Bu mənim arzumdur.Şəhidlik uca məqamdır.Dediyi kimi də öz arzusuna çatdı.
2020-ci il avqust ayında  hərbiyə yazılaraq orda işləməyə başlamışdır.1 həftə təlimlərdə iştirak etmişdir.Sonra Daşkəsən rayonunun Xoşbulaq kəndində MAXE hərbi qulluqçu kimi xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbiçisi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
2 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.
4 iyun 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Mustafayev Elvin Fəxrəddin  oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur.
Mustafayev Elvin Fəxrəddin Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş