Mustafayev Elvin Fuad oğlu 7 avqust 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2014-cü ildə Gəncə şəhər 6 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir.
2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
2017-ci ildən Rusiya Federasiyyasında ticarətlə məşğul olmuşdur.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Elvin Mustafayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən yenidən hərbi xidmətə çağrılmışdır. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
30 oktyabr 2020-ci il tarixində itkin düşmüş, 28 aprel 2021-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilmiş və Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Mustafayev Elvin Fuad oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra),Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyul 2021-ci il tarixli Sərəncamı ilə “Şücaətinə görə” (ölümündən sonra),Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə ” Füzulinin azad olunmasına görə” (ölümündən sonra) , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “İgidliyinə görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Subay idi.
Mustafayev Elvin Fuad Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.