Bayramov Həsən Bəhrəm oğlu17 iyun 1992-ci ildə Göygöl rayonunun Sarısu kəndində doğulmuşdur. 2000-ci ildə Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Gəncə Humanitar Kollecinin (indiki Gəncə Dövlət Regional Kolleci) “Maliyə işi” ixtisasına daxil olmuşdur.
2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət Gəncə Regional Reklam İdarəsində dizayner kimi çalışmış, 2020-ci ilin iyul ayından isə MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Həsən Bayramov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin MAXE hərbi qulluqçusu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. 5 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.
27 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bayramov Həsən Bəhrəm oğluAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Subay idi.
Bayramov Həsən Bəhrəm Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.