Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Məmmədov Vüsal Elşən Oğlu
  • Doğum Tarixi: 03.08.1998
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Məmmədov Vüsal Elşən oğlu 03 avqust 1998-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

2004-cü ildə Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. 
2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə olmuşdur. 

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra fotoqraf kimi fəaliyyət göstərmişdir. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Vüsal Məmmədov yenidən hərbi xidmətə çağrılmışdır. O, Xüsusi Təyinatlı qrupun tərkibində vuruşaraq,  Füzuli və  Xocavənd rayonları, həmçinin İlandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə yer almışdır. Döyüş yoldaşlarının dediklərinə görə, yaralı olduğu halda döyüşü davam etdirmiş, yaralı əsgər yoldaşlarının təxliyyəsində xüsusi cəsarət göstərmişdir. 

9 noyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 
18 mart 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Subay idi.
Məmmədov Vüsal Elşən Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş