Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Musayev Ayxan Mehman oğlu
  • Doğum Tarixi: 22.09.2000
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: II Qarabağ Müharibəsi
Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000-ci il tarixində Gəncə şəhərində doğulub.
2006-2017-ci  illərdə Gəncə Şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Gəncə şəhər 1 nömrəli Peşə məktəbinə (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq, “Qaz qaynaqçısı” ixtisası üzrə təhsil alıb. 
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edib. Həqiqi hərbi xidmət zamanı "Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim”də və "Azərbaycan uğrunda ən yaxşı bölük" adlı yarışda əldə etdiyi nailiyyətərə görə mükafatlandırılıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsin əsgəri olan Ayxan Musayev Vətən Müharibəsində iştirak etmiş, Füzuli, Xocavənd və Cəbrayıl rayonları, habelə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 
8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə yaralanmış, ilkin tibbi yardımdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilmişdir. Həkimlərin səyinə baxmayaraq, 20 gün koma vəziyyətində qaldıqdan sonra 28 noyabr 2020-ci tarixində şəhidlik zirvəsinə ucalmışdır.
29 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 
Musayev Ayxan Mehman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Musayev Ayxan Mehman oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş