Rajapov Əmrah 11 dekabr 2000-ci ildə Goranboy Rayon Zeyvə kəndində doğulmuşdur. Valideynləri haqqında məlumat yoxdur.
2012-ci ildə Rajapov Əmrah ana nənəsi Əliyeva Minayə Sultan qızı tərəfindən Gəncə Uşaq Evinə yerləşdirmişdir.
2018-ci ildə Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbdə təhsil almışdır. Çox vətənpərvər, qabiliyyətli və istedadlı uşaq idi. Dəfələrlə rəsm müsabiqələrində iştirak etmişdi. Orta məktəbi bitirdikdən sonra Zirvə kursunda bərbərlik peşəsinə yiyələnmişdi.
Kimsəsiz olduğu üçün 2017-ci ildə Heydər Əliyev Fondu tərəfindən Bakı şəhəri Abşeron rayon Masazır qəsəbəsində internat məktəbləri və uşaq evlərinin məzunları üçün yaradılmış “Məzun evi”ndə bir otaqlı mənzillə təmin olunmuşdur.
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rajapov Əmrah torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
8 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Komandirinin dediyinə görə o, döyüşlərdə çox fəallıq göstərmiş, yaralı döyüşçü dostlarına kömək etmiş, onları döyüş ərazisindən çıxarmışdır. 23 fevral 2021-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.