Şəhidlərimiz — Digər


Abbasov Səməd Yunis Oğlu
  • Doğum Tarixi: 07.09.1963
  • Şəhər: Gəncə
  • Rütbə: Polkovnik Leytenant
  • Dövr: Digər
Abbasov Səməd Yunis oğlu 07 sentyabr 1963 Gəncə şəhərində doğulmuşdur.  

1982-1986 Azərbaycan Texnologiya İnstitutuna (indiki UTECA) “Mühəndis-texnoloq” ixtisası üzrə təhsil almışdır.

1986-1988- ci illərdə hərbi xidmətdə olmuşdur.  

1993-cü ildən Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. 

2000-2004-cü ildə DİN-nin Polis Akademiyasında hüquq üzrə təhsil almışdır. 

Abbasov Səməd Yunis oğlu Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında 1 iyul 2008-ci tarixli Sərəncamı ilə ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə “İgidliyə görə medal” ilə təltif edilmişdir.

10 iyul 2018-ci tarixində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərmişdir. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstərmişlər. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifəsini yerinə yetirənkən Nizami RPİ-ni Xidmət üzrə rəis müavini polis polkovnik-leytenatı Abbasov Səməd Yunis oğlu şəhid olmuşdur. 
Abbasov Səməd Yunis Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş