Şəhidlərimiz — Digər


Quliyev İnqilab Çingiz Oğlu
  • Doğum Tarixi: 13.04.1983
  • Şəhər: Gəncə
  • Rütbə: Kapitan
  • Dövr: Digər
Quliyev İnqilab Çingiz oğlu 13 aprel 1983-cü ildə Tərtər rayonunda doğulmuşdur. 

1989-cu ildə Kəlbəcər rayonunun İstisu qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 

1990-ci ildən İnqilab Quliyev ailəsi ilə birlikdə Beyləqana köçərək, təhsilini burada Milli Qəhrəman N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 

N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdən sonra o təhsilini C.Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. 

2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin “Raket və artilleriya silahlarının istismarı və təmiri” ixtisasına qəbul olunmuşdur.
 
2005-ci ildə təhsilini başa vuraraq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində leytenant rütbəsi ilə xidmətə başlamış, ikil il sonra baş leytenant, 2011-ci ildə isə kapitan hərbi rütbəsi almışdır.

4 aprel 2016-cı ildə Ermənistan-Azərbaycan təmas xəttində baş vermiş və tarixə “4 günlük müharibə” kimi düşmüş Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.   

Quliyev İnqilab Çingiz oğlu Azərbaycan Respublikasi Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “İgidliyə görə” (ölümündən sonra) medalı ilə təltif edilmişdir. 

Ailəli idi. İki övladı yadigar qalıb. 

ASAN Könüllüləri Təşkilatı, Gəncə regional "ASAN xidmət” mərkəzi və “ARB Kəpəz” telekanalının birgə əməkdaşlığı, Gəncə Şəhər İcra Hakimiyyətinin və Beyləqan Rayon İcra Hakimiyyətin dəstəyi ilə kapitan İnqilab Quliyevə həsr olunmuş "4 APREL" sənədli film çəkilmişdir.
Quliyev İnqilab Çingiz Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş