 
                                
                                
                                    -  XX.XX.1963
-  Gəncə
-  II Qarabağ Müharibəsi
 
                            
                               Yusibova Maral Yunis qızı 1963-cü ildə  Qərbi Azərbaycanın Vardenis rayonunun Böyük Məzrə kəndində doğulmuşdur. 
1970-ci ildə Mərzə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbi bitirmişdir. 
1983-cü ildə ailə həyatı qurmuşdur. 
1988-ci ildə ermənilər tərəfindən öz ata-baba yurdundan didərgin salınmışdır. Həmin ildən Gəncə şəhər S.Xasıyev küç., ev 13A-da məskunlaşmışdır. 
Orta təhsilli idi.  Evdar xanım və 4 övlad anası idi. 
Yusibova Maral 2020-ci ildə oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Yusibova Maral Yunis qızına şəhid statusu verilmişdir.