-  22.11.1982
 
                                    -  Gəncə
 
                                    
                                    -  II Qarabağ Müharibəsi
   
								
								
								
								
                                
                             
                            
                               Əsgərova Sevil Suliddin qızı 1982-ci il noyabrın 22-də Gəncə şəhərində doğulmuşdur. 
1989-cu ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə isə həmin məktəbi bitirmişdir. 
2013-cü ildə Teymur Əsgərov ilə ailə həyatı qurmuşdur. 
Evdar xanım və bir övlad anası idi. 
Əsgərova Sevil 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində körpəsi Narin Əsgərova, həmçinin Əsgərov Suliddin, Əsgərov Bəxtiyar, Əsgərova Nigar  ilə birlikdə həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əsgərova Sevil Suliddin qızına şəhid statusu verilmişdir.