Cabbarov İlham Mirəli oğlu 1 yanvar 1960-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Subatan kəndində anadan olmuşdur. Səkkizillik təhsilini kənd məktəbində aldıqdan sonra kənddə tam orta məktəb olmadığına görə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl) rayonuna gəlmiş, yaxın qohumlarıgildə yaşamış və oradakı orta məktəbi bitirmişdir. Orta məktəbi qızıl medalla bitirdikdən sonra İlham Cabbarov Özbəkistan Respublikasının Əndican şəhərində Toxuculuq İnstitutuna daxil olmuşdur. 1988-ci ildə erməni qəsbkarları azərbaycanlıları doğma ocaqlarından didərgin saldığı zaman İlhamgilin ailəsi də Gəncə şəhərinə pənah gətirmişdir. İlham Cabbarov ailəsinə kömək etmək məqsədilə Özbəkistandan qayıdaraq Gəncə şəhərinə gəlmiş, təhsilini Azərbaycan Texnologiya Universitetində davam etdirmişdir. O, oxuya-oxuya Toxuculuq kombinatında əmək fəaliyyətinə başlamışdır. Erməni faşistlərinin Azərbaycan torpaqlarına olan iddiaları İlhamı rahat qoya bilməmiş, o, könüllü olaraq milli ordu sıralarına daxil olmuş, 773 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlayaraq podpolkovnik Yusif Teymurovun batalyonunda tankçı kimi böyüş igidlik göstərmişdir. Cəsur döyüşçü az müddət içərisində rəşadətinə görə böyük hörmət qazanmışdır. O, Daşaltı, Şuşa, Laçın, Qubadlıda dəfələrlə ölümlə üz-üzə dayansa da çevikliyi və ayıqlığı nəticəsində düşməni məhv edib azad ola bilmişdir. Həmçinin İlham Cabbarov üçrəngli bayrağımızı ermənilərin istekam seçdikləri Mundar qayasının üzərinə də sancmışdır. İlham Cabbarovun son döyüşü 1992-ci ilin iyul ayının 28-də olmuşdur. Cəbrayıl rayonunun Sur kəndi uğrunda gedən ağır döyüşlər zamanı Cabbarov İlham Mirəli oğlu düşmən snayperinin gülləsinə tuş gəlmiş, döyüş yoldaşları İlhamı Mərcanlı kənd xəstəxanasına çatdırsalar da həkimlər igid həmyerlimizin həyatını xilas edə bilməmişlər. İki övlad atası olan Cabbarov İlham Mirəli oğlu xəstəxanada gözlərini əbədi yummuşdur. Ölümündən cəmi iki gün sonra Azərbaycan Texnologiya İnstitutunun «Toxuculuq sənaye texnologiyası» fakültəsinin beçinci kurs tələbəsi İlham Cabbarov diplom müdafiəsinə girməli imiş, təhsilini bitirərək mühəndislik diplomunu ala bilməyən İlham Cabbarov bunun əvəzində vətənin unudulmaz şəhidi statusunu almış və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Cabbarov İlham Mirəli Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.