- 06.03.1987
- Gəncə
- II Qarabağ Müharibəsi
Əlizadə Nurçin Emin qızı 1987-ci il martın 6-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulmuşdur.
1992-ci ildə Çinarlı qəsəbəsinin E.Həsənov adına tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəbi bitirmişdir.
Ixtisasca ibtidai sinif müəllimi olan Əlizadə Nurçin 2003-cü ildə Anar Əlizadə ilə ailə həyatı qurmuşdur.
Evdar xanım və iki övlad anası idi.
2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində yoldaşı Anar Əlizadə ilə birlikdə həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əlizadə Nurçin Emin qızına şəhid statusu verilmişdir