Şəhidlərimiz — Mülki


Ələsgərov Ceyhun Camal Oğlu
  • Doğum Tarixi: 01.12.1958
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Ələsgərov Ceyhun Camal oğlu 1 dekabr 1958-ci ildə Ağdam rayonunda doğulmuşdur. 

1965-ci ildə Ağdam rayon 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. 

1976-cı ildə Bakı Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdur.  

1981-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə Gəncə Yağ-Piy Kombinatının Yağ zavoduna sex rəisi təyin olunmuşdur. 

1996-cı ildən Gəncə Qənnadı fabrikində baş mühəndis vəzifəsində çalışmışdır. 

2016-cı ildən “AzərAlüminium” MMC-də növbə rəisi kimi fəaliyyət göstərmişdir. 

Ailəli, 2 övlad atası idi.

Ceyhun Ələsgərov 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ələsgərov Ceyhun Camal oğluna şəhid statusu verilmişdir. 
Ələsgərov Ceyhun Camal Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş