Sevda Cabbarova 1954-cü ildə Ağdaş rayonunun Kükər kəndində anadan olmuş, uşaq yaşlarında valideynlərini itirən Sevda kimsəsiz olduğu üçün uşaq evinə qoyulmuşdur. Sevda Cabbarova 3 saylı internat məktəbini bitirmiş, sonra isə Gəncə şəhərinə gələrək ilk əmək fəaliyyətinə Onkoloji-Dispanserdə tibb bacısı kimi başlamışdır. Sevda Cabbarova 1973-cü ildə ailə qurmuş, 1 qız və 1 oğlan övladı dünyaya gəlmişdir. O, ailə qurduqdan sonra Gəncə Toxuculuq fabrikasında işə başlamış, bacarığı ilə tez bir zamanda kollektivin böyük hörmətini qazanmışdır. Erməni faşistlərinin Azərbaycana qarşı olan torpaq iddialarına, məzlum xalqa qarşı onların törətdikləri qanlı hadisələrə dözə bilməyən Sevda Cabbarova könüllü olaraq Nizami Rayon Hərbi Komissarlığının xətti ilə 3 fevral 1992-ci il tarixdə silaha sarılıb cəbhəyə yollanmışdır. O, 143 saylı hərbi hissənin tərkibində Ağdərə uğrunda gedən döyüşlərdə böyük igidlik göstərmiş və bacarıqlı döyüşçü kimi döyüş zamanı həmişə öndə getmişdir. Sevda Cabbarova 8 fevral 1993-cü il tarixdə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Dəqiq məlumat olmadığına görə onun harada dəfn olunmasını və atasının adını müəyyən etmək mümkün olmamışdır.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.