Şəhidlərimiz — Mülki


Bağırov Ramiz Yusif Oğlu
  • Doğum Tarixi: XX.XX.1958
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Bağırov Ramiz Yusif oğlu 1958-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

1965-ci ildə Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. 

1976-cı ildə  Gəncə şəhər   89 nömrəli texniki peşə məktəbinə daxil olmuş, “Kino-mexanik” peşəsi üzrə təhsil almışdır. 

1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuş, xidməti borcunu Rusiya Federasiyası (o vaxtkı SSRİ), Primorsk Vilayətinin Vladivostok şəhərində yerinə yetirmişdir. 

Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhərindəki “Billur” zavodunda çilingər-mexanik işləmiş, eyni zamanda Azərbaycan Texnologiya İnstitutunun (indiki UTECA) axşam şöbəsində təhsil almışdır. O, 2006-ci ilə qədər “Billur” zavodunda işləmişdir. 

Ailəli, Iki övlad atası idi. 

Ramiz Bağırov 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Bağırov Ramiz Yusif oğluna şəhid statusu verilmişdir.
Bağırov Ramiz Yusif Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş