Şəhidlərimiz — Mülki


Ağayev Nürəddin Polad Oğlu
  • Doğum Tarixi: 10.04.1943
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Ağayev Nürəddin Polad oğlu 1943-cü il 10 aprel tarixində Yevlax şəhərinin Əlibayramlı kəndində doğulmuşdur. 

1952-ci ildə Əlibayramlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1960-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 

1960-cı ildə Yevlax şəhərindəki gecə məktəbinə daxil olmuşdur. 

1962-1965-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1965-ci ildə Tikinti Texnikomuna qəbul olmuş, 1967-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir.

1968-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən ərzaq mağazalarının birində işləmişdir. 

1969-cu ildə Ağayeva Cəvahir Yunis qızı ilə ailə həyatı qurmuşdur. 

1975-ci ildən Gəncə şəhər Su idarəsində mühəndis, daha sonra isə anbardan vəzifəsində çalışmışdır.

2003-cü ildə Gəncə şəhərində yerləşən Avtobus qarajında gözətçi vəzifəsində çalışmışdır. 

2007-ci ildən təqaüdə çıxmışdır.

Beş övlad atası idi.

2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nətcəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ağayev Nürəddin Polad oğluna şəhid statusu verilmişdir.
Ağayev Nürəddin Polad Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş