Şəhidlərimiz — II Qarabağ Müharibəsi


İbrahimov Murad Valeh Oğlu
  • Doğum Tarixi: 06.09.1993
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
 İbrahimov Murad Valeh oğlu 06 sentyabr 1993-cü ildə Gəncə şəhərində doğulmuşdur.

1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.
2008-2009-cu illərdə 1 nömrəli Gəncə Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.2014-cü ildən MAHHX HQ kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır.27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Murad İbrahimov Vətən müharibəsində iştirak edərək, Kəlbəcər rayonu və Murovdağ istiqamətlərində gedən döyüşlərdə yer almışdır. 

3 oktyabr 2020-ci il tarixində Kəlbəcər rayonunun Qaragöl istiqamətində (Çınqıllıq adlanan ərazi) şəhid olmuşdur.

23 yanvar 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 
İbrahimov Murad Valeh oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il tarixli Sərəncamı ilə “İgidliyinə görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. 

Ailəli idi.
İbrahimov Murad Valeh Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş