Məmmədov İlkin Cəmil oğlu 7 yanvar 1993-cü ildə Qax rayonunda doğulmuşdur.
2010-cu ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirmişdir.
2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, FHN-nin “N” saylı hərbi hissəsində həqqi hərbi xidmətdə olmuşdur.
2013-cü ildən etibarən o, MAHHX HQ kimi xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. İlkin Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Murovdağ zirvəsinin və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
20 yanvar 2021-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Məmmədov İlkin Cəmil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyul 2021-ci il tarixli Sərəncamı ilə “Şücaətə görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Subay idi. Ailə tərkibi: 1.Ata-Məmmədov Cəmil Oruc oğlu 2.Ana- Şabanova Münəvvər Zəkəriyyə qızı 3.Qardaşı-Məmmədov Oruc Cəmil oğlu 4.Qardaşı-Məmmədov Kamran Cəmil oğlu
Məmmədov İlkin Cəmil haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.