Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Kazımov Xuduş Həsən
  • Doğum Tarixi: 08.09.1988
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Kazımov Xuduş Həsən oğlu 8 sentyabr 1988-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. 

2004-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir.

2008-ci ildə Gəncə Texniki Kollecini (indiki Gəncə Dövlət Regional Kolleci) bitirmişdir.

2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

2019-cu ilin may ayında MAXE hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etməyə başlamışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Xuduş Kazımov Vətən müharibəsində iştirak edərək, Murovdağ zirvəsi, Kəlbəcər rayonu, Ağdərə rayonu istiqamətlərində gedən döyüşlərdə yer almışdır. 

2 oktyabr 2020-ci ildə Ağdərə rayonu istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

20 yanvar 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Kazımov Xuduş Həsən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli S.ərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyul 2021-ci il tarixli Sərəncamı ilə “Şücaətə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət ordeni” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur. 

Ailəli idi. 2 övladı yadigar qalıb.
Kazımov Xuduş Həsən haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş