Muxtarov Sərxan İlqar oğlu 26 iyun 1988-ci ildə Samux ray., Sarıqamışlı kəndində doğulmuşdur.
2005-ci ildə Gəncə şəhər 36 nömrəli tam orta məktəbi bitirmişdir.
2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, “Motoatıcı” ixtisası üzrə ali hərbi təhsil alıb leytenant ilkin hərbi zabit rütbəsi alımışdır.
Hərbi xidmət müddətində mayor rütbəsinə qədər yüksələn Dövlət Sərhəd Xidmətinin zabiti Sərxan Muxtarov 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsinin bir çox döyüşlərində və əməliyyatlarında iştirak etmişdir.
Vətən müharibəsi dövründə mayor Sərxan Muxtarov Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Ağcabədi, Ağdam, Qazax, Qubadlı və DSX-da hərbi xidmətdə olmuşdur. O, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
12 yanvar 2021-ci ildə Qubadlı rayonunda “N” saylı hərbi hissənin tərkibində xidmətdə olarkən minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır.
13 yanvar 2021-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Muxtarov Sərxan İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə “95 illik yubiley” (sağlığında), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyun 2018-ci il tarixli Sərəncamı ilə “100 illik yubiley” (sağlığında) ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Qüsursuz xidmətə görə” (sağlığında), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir. Ailəli idi. Bir övladı yadigar qalıb. Ailə tərkibi: 1.Arvadı-Muxtarova Vəfa Ziyad qızı 2.Qızı-Muxtarova Çimnaz Sərxan qızı
Muxtarov Sərxan İlqar Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.